“Avqustun 5 günü” filminin nümayişi keçiriləcək

avqustun-5-gunu-filminin-numayisi-kecirilecek
Oxunma sayı: 654

“Qafqazinfo”nun məlumatına görə, film “FAR Center” – iqtisadi və siyasi araşdırmalar mərkəzinin ofisində keçiriləcək. Film öncəsi, Dalğa Gənclər Hərəkatının sədri, Orxan Nəbiyev nümayişə gələnlərə Russiya-Gürcüstan müharibəsi və film haqda qısa mühazirə oxuyacaq.

“Avqustun 5 günü”ndə Russiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı cəbhə bölgəsində reportaj hazırlayan iki amerikalı jurnalistin fəaliyyəti əks olunub. Filmdə bildirilir ki, jurnalistlərdən biri bir neçə il əvvəl İraq müharibəsi zamanı terrorçuların hücumuna məruz qalarkən, gürcü sülhməramləları tərəfindən xilas edilib. Film ABŞ istehsalıdır. Filmdə Gürcüstan prezidenti Mixail Saakaşvili rolunu amerikalı aktyor Endi Qarsiya ifa etdə də, prezidenti səsi M. Saakaşvilinin özünə məxsusdur.

Xatırladaq ki, 2008-ci ildə, Russiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı da Dalğa Gənclər Hərəkatı susmayaraq, Gürcüstanla həmrəylik və dəstək nümayiş etdirərək, bir neçə silsilə aksiya və tədbirlər keçirib.

Filmin nümayişinə qatılmaq sərbəstdir.

Fatimə Kərimli