Avqustun elektrik enerjisi

avqustun-elektrik-enerjisi
Oxunma sayı: 648

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,7 milyard kilovatsaat, su elektrik stansiyalarının (SES) payına isə 0,1 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 8 ayı ərzində 14,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. O cümlədən, İES-lərdə 13 milyard kilovatsaatdan artıq, SES-lərdə isə 1,5 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Nigar Məmmədli