Avro 2012-nin rəmzi yığmasında 10 ispan!

avro-2012-nin-remzi-yigmasinda-10-ispan
Oxunma sayı: 636

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rəmzi komandaya 23 futbolçu daxil edilib.
23 nəfərdən ibarət simvolik yığmaya İspaniya yığmasının 10 futbolçusu daxil edilib:

Qapıçılar: Canluici Buffon (İtaliya), İker Kasilyas (İspaniya), Manuel Noyer (Almaniya).
Müdafiəçilər: Xerard Pike, Serxio Ramos, Xordi Alba (hər üçü İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi Portuqaliya), Filip Lam (Almaniya).
Yarımmüdafiəçilər: Daniel de Rossi, Andrea Pirlo (hər ikisi İtaliya), Xavi Ernandes, Andres İnyesta, Serxio Buskets, Xabi Alonso, Sesk Fabreqas (hamısı İspaniya), Sami Xedira, Mesut Özil (hər ikisi Almaniya), Stiven Cerrard (İngiltərə).
Hücumçular: Mario Balotelli (İtaliya), Kriştiano Ronaldo (Portuqaliya), Zlatan İbrahimoviç (İsveç), David Silva (İspaniya).

Qeyd edək ki, Avro 2012-nin rəmzi komandası UEFA-nın 11 nəfərlik texniki heyəti tərəfindən müəyyənləşdirilib.

Ceyhun Əhmədov