AVRO-2020-nin talismanı təqdim olundu

avro-2020-nin-talismani-teqdim-olundu
Oxunma sayı: 948

Avropa Çempionatının (AVRO-2020) talismanı bəlli olub.

"Qafqazinfo" xəbər verir ki, çempionatın maskotu dünən baş tutan Hollandiya-Almaniya matçından əvvəl tanıdılıb. "Skillzy" adlandırılan və insanabənzər bu qəhrəman ilk olaraq 55 minlik azarkeşin qarşısına çıxıb. "Skillzy" oyundan əvvəl tryuklar göstərib.

Qeyd edək ki, 12 ölkənin ev sahibliyi edəcəyi çempionat 12 iyun-12 iyul tarixləri arasında baş tutacaq.