Avro-3-ə start verilir

avro-3-e-start-verilir
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə,bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, "Yol nəqliyyatı. Ekoloji siniflər" standartı artıq komitə tərəfindən təsdiq edilib və ölkədə Avro-3 standartının tətbiqinə başlamaq üçün hazırlıq işləri aparılır.
"Yol nəqliyyatı. Ekoloji siniflər" standartı Avro-3, Avro-4 və Avro-5 ekoloji standartlarından ibarətdir.

"İyulun 2-dən etibarən Avro-3 standartının tətbiqinə başlanacaq", - komitədən qeyd ediblər.
Məlumata əsasən, ölkədə istehsal edilən yanacaq Avro-3 standartlarına cavab verir.