Avro-Atlantik Şura Neftçalada da təşkilat qurdu

avro-atlantik-sura-neftcalada-da-teskilat-qurdu
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, yığıncaqda iştirak edən Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər dünyada, qonşu regionlarda və ölkələrdə gedən demokratik inqilabi dəyişikliklərdən, ictimai-siyasi proseslərdən və onların ölkəmizə təsirlərindən, Azərbaycanda demokratik islahatların aparılmasının zərurətindən, Avro-Atlantik Şuranın yaranma səbəbləri, məqsəd və vəzifələrindən danışıb, iştirakçıların və qonaqların çoxsaylı suallarına cavab verib.

Təsis yığıncağında iştirak edən AAŞ İdarə Heyətinin üzvü İldırım Məmmədov və təşkilatın təsisçilərindən olan Səməd Səmədzadə də çıxış edərək bir çox aktual hərbi-siyasi məsələlərə toxunublar.

Sonra təşkilati məsələlərə baxılıb. Yığıncaqda Elxan Əsəd yeni yaranan rayon təşkilatına sədr seçilib. Eyni zamanda təşkilatın idarə heyəti və NTK üzvləri seçilib.

Qeyd edək ki, Avro-Atlantik Şura 2011-ci il oktyabrın 27-də təsis olunub. Qurumda yüzdən artıq ictimai-siyasi xadim, ziyalı, jurnalist, 34 qeyri-hökumət təşkilatı təmsil olunur. Şuranın sədri Müsavat Partiyası Məclisinin keçmiş rəhbəri Sülhəddin Əkbər, onun müavini isə hərbi ekspert Yaşar Cəfərlidir.
Şura Azərbaycanın Avroatlantik məkana, NATO və Avropa Birliyinə inteqrasiyasını əsas prioritet elan edib və bu istiqamətdə ictimai dəstəyi təmin etmək niyyətindədir.
Şuranın illik fəaliyyət planında ən azı 40 rayonda təşkilatlar qurmaq nəzərdə tutulur.

Sədan