Avrokomissiyadan Yunkerin sərxoş olması xəbərinə reaksiya

avrokomissiyadan-yunkerin-serxos-olmasi-xeberine-reaksiya
Oxunma sayı: 2014

Avrokomissiya rəhbəri Jan-Klod Yunkerin NATO sammitinə sərxoş qatılması haqda xəbərlərə qurum münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, komissiyanın rəsmi nümayəndəsi Marqaritis Sxinas yayılan xəbərləri təhqiredici, xoşagəlməz adlandırıb. Onun sözlərinə görə, görüş zamanı sədrdə işialqiya tutması olub: “Jan Klod Yunker daha əvvəl də bildirib ki, bu ağrı ona yeriməkdə problemlər yaradır. O, dərmanlar qəbul edib və indi özünü daha yaxşı hiss edir. Dünən axşamdan etibarən Yunkerin NATO sammiti və digər tədbirlərlə əlaqədar sıx iş qrafiki olub. Hər zamankı kimi çalışmağa davam edir”.

Xatırladaq ki, bir çox xarici KİV-lər Avrokomissiya rəhbərinin sammitə sərxoş halda qatıldığını yazmışdı.

Aysel Kərimova