Avrokuboklar başlayır - “Zirə” evdə, “İnter” səfərdə

avrokuboklar-baslayir
Oxunma sayı: 690

Bu gün Avropa Liqasında 2017/2018-ci illər mövsümünə start verilir. “Qafqazinfo”nun məlumatına görə, qitənin ikinci dərəcəli turnirində ilk təsnifat mərhələsinin oyunları keçiriləcək. 

Azərbaycan təmsilçiləri “Zirə” və “İnter” də Avroliqada meydana çıxacaqlar. 

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq “Zirə” ilk oyununu doğma meydanda keçirəcək. “Qartallar” Lüksemburq “Differdanj”ının qəbul edəcəklər. 

Qitə turnirlərində ən təcrübəli komandalarımızdan olan Bakı “İnter”i isə Serbiya səfərində meydana çıxacaq. Komandamız qitə turnirlərində debüt edən “Mladost”la üz-üzə gələcək. 


Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
29 iyun
 
21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq)

Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov
Dördüncü hakim: Marat İskakov (hamısı Qazaxıstan)
Hakim-inspektor: İqor Satki (Moldova)
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)
Bakı. “Dalğa Arena”

22:30. “Mladost” (Serbiya) – “İnter” (Azərbaycan)
Baş hakim: Aleksey Matyunin
Baş hakimin köməkçiləri: Anton Kobzev, Aleksey Lunyov
Dördüncü hakim: Yevgeni Turbin (hamısı Rusiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya)
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino)
Luçani. “Mladost” stadionu