Avrokuboklardakı bütün iştirakçılarımız bəlli oldu

avrokuboklardaki-butun-istirakcilarimiz-belli-oldu
Oxunma sayı: 948

Azerisport.az xəbər verir ki, Azərbaycan kubokunun finalında "İnter" klubunu oyunsonrası penaltilərlə 5:3 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" eyni zamanda AZAL-ın da qitəmiqyaslı turnirdə iştirakını təmin etdi.

Halbuki, “İnter” kuboka qazansaydı, dördüncü iştirakçı məhz “bankirlər” olacaqdı. Lakin bu, baş vermədi. Beləliklə, “Xəzər Lənkəran”la yanaşı Premyer Liqanın 3-cüsü "Qarabağ" , eləcə də ikinci olan cənub təmsilçisinin əvəzində 4-cü olan AZAL cari mövsümdə Avropa Liqasında ölkəmizi təmsil etmək hüququ qazanacaq. Sadəcə, “ağ-yaşıllar” Ağdam və paytaxt klublarından fərqli kuboku qazandığı üçün mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Maraq üçün onu da əlavə edək ki, Premyer Liqanın son mövsümünün qalibi "Neftçi" isə UEFA Çempionlar Liqasında mübarizə aparacaq.