Avronest Parlament Assambleyasının sessiyası Bakıda keçiriləcək

avronest-parlament-assambleyasinin-sessiyasi-bakida-kecirilecek
Oxunma sayı: 641

Sessiyanın ilk günündə assambleyanın Bürosunun və komitələrinin iclasları olub. Büro iclasında aparılan müzakirələrdən sonra Avronest Parlament Assambleyasının ikinci sessiyasının 2012-ci ilin mayında Bakıda keçirilməsi barədə qərar qəbul edilib.

Prosedur qaydalarının 7-ci maddəsinə əsasən, növbəti sessiyanın Bakıda keçirilməsi təklifi ilə Azərbaycan tərəfi bir neçə ay əvvəl çıxış etmişdi. Səsvermə zamanı Ukrayna, Gürcüstan və assambleyanın Avropa Parlamenti tərəfindən həmprezidenti Xristian Vigenin də bu təklifi dəstəkləmişdi.