Avropa Birliyi Belarusu cəzalandırmağa hazırlaşır

avropa-birliyi-belarusu-cezalandirmaga-hazirlasir
Oxunma sayı: 627

Belə ki, Belarusun 2014-cü ildə Dünya Hokkey Çempionatına ev sahibliyindən məhrum edilməsi təklif edilib. Parlament yekun olaraq Beynəlxalq Buzüstü Hokkey Federasiyasına ünvanlanmış qətnamə qəbul edib. Qətnamədə federasiya Belarus rejiminin insan hüquqlarına və qanunun aliliyinə hörmətlə yanaşmadığını nəzərə alaraq, ev sahibliyi məsələsini yenidən gündəmə gətirməyə çağırılır.

Avropa Parlamentinin qətnaməsində eyni zamanda ötən həftə paytaxt Minskdə keçirilmiş kütləvi nümayiş dəstəklənib. “...etirazlar Belarus vətəndaşlarının öz mövqelərini cəsurcasına müdafiə etməyə və Avropa meyllərini ifadə etməyə hazır olduqlarının göstəricisidir”, deyə qətnamədə qeyd edilir.

Hokkey çempionatı baş tutacağı təqdirdə, Belarus ölkə tarixində ən böyük idman tədbirinə ev sahibliyi etmiş olacaq. Buzüstü hokkeyin böyük həvəskarı olan Belarus prezidenti Aleksandr Lukaşenko ötən ay çempionatın keçirilmə yerinin dəyişdiriləcəyi ilə bağlı gəzən söz söhbətlərə münasibət bildirərkən, bu kimi çağırışları pisləyib. O belə bir qərarın idmana siyasi müdaxilə etmək anlamına gələcəyini deyib.

Qeyd edək ki, Belar Buzüstü Hokkey komandası 2006-cı ildə Riqada əldə etdiyi nəticələrdən sonra dünya hokkey reytinqində altıncı yeri tutur.

anspress