Avropa Birliyi İrandan güzəşt tələb edir

avropa-birliyi-irandan-guzest-teleb-edir
Oxunma sayı: 642

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İranın BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya ilə 5+1 formatında apardığı nüvə müzakirələrinin ikinci mərhələsi bugün İraqın paytaxtı Bağdadda keçirilir.

Xəbərlərdə Avropa Birliyinin (AB) İrana yeni təkliflər paketi təqdim edəcəyi bildirilib. AB-nin Xarici İşlər ali nümayəndəsi Ketrin Eştonun köməkçisi Maykl Mənn rəsmi Tehrandan uranın zənginləşdirilməsi məsələsində güzəştə getməsini tələb etdiklərini deyib.

Mənn Rusiya və İranın problemin həlli istiqamətində ciddi olduqlarına inandığını da qeyd edib. Bununla belə xəbərlərdə bir qədər əvvəl ABŞ-ın İrana qarşı yeni sanksiyaların tətbiqinə dair qanun layihəsini təsdiqləməsinin müzakirələrdə konkret nəticə əldə etmək imkanlarını azaltdığı bildirilib.

AB rəsmisi açıqlamasında İrana zənginləşdirməyə çalışdığı uranın həcmini 5%-dək azaldacağı təqdirdə bu ölkəyə tətbiq edilən sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutan təkliflər paketi təqdim etdiklərini və müzakirələr xüsusunda optimist olduğunu deyib.