Avropa çempionatı başladı

avropa-cempionati-basladi
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, tatamiyə birinci olaraq 60 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Vüqar Şirinli çıxıb. Vüqarın ilk döyüşü uğurlu alınıb. O, Finlandiya təmsilçisi Yuho Reynvallını ippona salmaqla məğlub edib.

57 kq çəki dərəcəsində çıxış edən qadın cüdoçumuz Kifayət Qasımova üçünsə, bu turnir vaxtından əvvəl başa çatıb. Belə ki, Qasımova rumıniyalı cüdoçu Onai Loredananın ipponu qarşısında acız qalıb.

66 kq-da uğur qazanmağa çalışan cüdoçumuz Nicat Şıxəlizadə də bu gün ilk döyüşünə çıxacaq . Nicatın ilk rəqibi avstriyalı Aleksandr Veyçınqer olacaq.

Şirinli növbəti görüşdə gürcüstanlı Amiran Papinaşvili ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, təmsilçimiz birinci döyüşündəki uğurunu təkrarlaya bilməyib və məğlubiyyətə üzülüb. O, bu dəfə 5 dəqiqənin yekununda özü ippona düşüb. /apasport/

İqbal