Avropa çempionuna hökm oxundu

Avropa çempionuna hökm oxundu
Oxunma sayı: 2710

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən yunan-roma güləşi üzrə Avropa çempionu Tuncay Vəzirzadəyə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə T.Vəzirzadə son söz deyib.

O bildirib ki, əməlindən peşmandır: “Mən vətənimin bayrağını zirvələrə qaldırmışam, aprel döyüşlərində şücayətlə döyüşmüşəm, baş kəşfiyyatçı olmuşam. Hökm çıxarılarkən bunların da nəzərə alınmasını xahiş edirəm”.

Məhkəmə kollegiyasının hökmü ilə T.Vəzirzadə yə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, T. Vəzirzadə 7 oktyabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu ərazisində münaqişə zəmnində Rüfət Həziyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan R. Həziyevi xilas etmək mümkün olub. T.Vəzirzadə 2011-ci ildə yunan-roma güləşi üzrə Avropa çempionu olub. O, güləş üzrə Azərbaycan yığmasının üzvüdür.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi