Avropa Hərəkatı mart ayını “Almaniya ayı” elan etdi

avropa-herekati-mart-ayini-almaniya-ayi-elan-etdi
Oxunma sayı: 643

Azərbaycan Avropa Hərəkatının (AAH) II Konqresində qəbul olunan fəaliyyət proqramına əsasən 2013-cü ilin hər ayı bir və ya bir neçə Avropa ölkəsinə həsr olunacaq. Həmin ay çərçivəsində ölkə və ya ölkələrin mədəniyyətləri, təhsili, demokratik dəyərləri ilə bağlı tədbirlər keçiriləcək.

AAH rəhbərliyi mart ayının Almaniya ayı elan edilməsi barədə qərar qəbul edib. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi ilə müzakirələr aparılıb və səfirlik bunu təqdirəlayiq hesab edib.

Mart ayı çərçivəsində Almaniya mədəniyyəti, təhsili, fəlsəfəsi, inkişaf modelləri ilə bağlı tədbirlər keçiriləcək. Tədbirlər ictimaiyyət üçün açıq olacaq. Keçiriləcək tədbirlər planı haqqında yaxında ictimaiyyətə geniş məlumat veriləcək.