Avropa Hərəkatı “Youth in action” proqramı çərçivəsində fəaliyyətə başladı

avropa-herekati-youth-in-action-proqrami-cercivesinde-fealiyyete-basladi
Oxunma sayı: 643


Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Azərbaycan Avropa Hərəkatının dəvəti ilə İsveçrənin Emmen şəhərinin yerli “Gənclər Parlamenti”nin sədri Dominik Marti Bakıya səfər edib. Səfərin məqsədi Azərbaycan Avropa Hərəkatının “Youth in Action” proqramı çərçivəsində fəaliyyətinin gücləndirməsinə dəstəkdir. Səfər çərçivəsində qonaq ekspertlə bu sahədə məsləhətləşmələr aparılacaq və bu sahədə fəaliyyət göstərən Emmen şəhərinin yerli “Gənclər Parlamenti”nin təcrübəsi öyrəniləcək.

1 həfət davam edən səfər zamanı 1 gün – 5 ferval 2013-cü il saat 17:00-da qonağın iştirakı ilə Azərbaycanlı gənclər üçün “Liderlik və Könüllülük” mövzusunda seminar keçiriləcək. Azərbaycan Avropa Hərəkatının mərkəzi ofisində keçiriləcək seminarda iştirak sərbəstdir.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının mərkəzi ofisi Səməd Vurğun küçəsi 17/35 ünvanında yerləşir (Nəsimi heykəlinin yaxınlığı).