Avropa İran neftinə embarqo qoydu

avropa-iran-neftine-embarqo-qoydu
Oxunma sayı: 634

Bunu Avropa Birliyinin energetika üzrə ali komissarı Qünter Öttinпer bəyan edib. "Röyters" agentliyinin verdiyi məlumata görə, Qünter Öttinпer embarqonun qoyulmasına Avropa Birliyi ölkələrindən əlavə, ABŞ və Rusiya da qoşulmalı olduğunu hesab edir. Avropa Birliyinə üzv ölkələrin hökumətləri bu qərarı İrana qarşı əlavə sanksiyaların tətbiqinin vacibliyi ilə əsaslandırır.

Daha əvvəl isə Amerika Birləşmiş Ştatları İran neftini almaqdan imtina etmişdi. Avropa Birliyinin də analoji addım atmasını ekspertlər olduqca riskli hesab edirlər. Məsələ burasındadır ki, bir çox Avropa ölkələri İran neftinin idxalından asılıdır. Avropa Birliyi İrandan sutkada 450 min barel neft alır, bu isə İranın neft ixracatının 18 faizini təşkil edir. Liviyadan neft idxalının məhdudlaşdırılması və Suriyaya qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi fonunda vəziyyət daha da gərginləşir.

Qeyd edəki ki, İranın mərkəzi bankının aktivlərinin dondurulması və İran neftinin alınmasının dayandırılması kimi yeni sanksiyaları noyabrın sonunda Fransa təklif etmişdi. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst isə yerli "Şərq" qəzetinə müsahibəsində bildirmişdi ki, Qərb İran neftinin idxalına qadağa qoysa, neftin qiyməti qalxaraq, 1 barelə görə 250 dollardan çox olacaq.

Dünən Nyu York və London fond birjalarında neftin qiymətində bahalaşma qeydə alınıb. "Brent" markalı xam neft London birjasında 1 dollar bahalaşaraq, 110 dollar 81 sentə qalxıb. Nyu York birjasında isə "Layt Svit" markalı xam neftin bir bareli 0.29 sent bahalaşaraq, 101 dollar 28 sentə satılıb.