Avropa İttifaqı ABŞ vətəndaşlarına viza tətbiq edəcək

avropa-ittifaqi-abs-vetendaslarina-viza-tetbiq-edecek
Oxunma sayı: 1050

Avropa İttifaqı 2021-ci ildən ABŞ vətəndaşlarına viza rejimi ətbiq edəcək.

”Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, ABŞ-dan Avropaya gələnlər üçün  Şengen məkanına girişi tənzimləyən Avropa Səyahətlərə dair İnformasiya və Avtorizasiya Sistemi (ETİAS) qüvvədə olacaq. Vizalar üçillik müddətə veriləcək və səyahətlərin sayına məhdudiyyətlər qoyulmayacaq.

Hazırda amerikalılar Avropaya vizasız 90 gün ərzində səyahət edə bilirlər.