Avropa İttifaqı bu təşkilatı terrorçuların siyahısından çıxardı

Avropa İttifaqı bu təşkilatı terrorçuların siyahısından çıxardı
Oxunma sayı: 1264

Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) Avropa İttifaqının terrorçular siyahısından çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun sözçüsü Vircinie Battu məlumat verib.

Qeyd edək ki, 50 il davam edən silahlı münaqişədən sonra 24 noyabr 2016-cı ildə FARC lideri Rodriqo Londono və Kolumbiya prezidenti Xuan Manuel Santos arasında sülh müqaviləsi imzalanmışdı. Bu il martın 1-dən etibarən isə FARC üzvləri silahlarını təhvil verməyə başlamışdı.

Prosesin müsbət nəticələndiyini nəzərə alan Avropa İttifaqı da FARC-ı terror təşkilatları siyahısından çıxrıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi