Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

avropa-ittifaqi-rusiyaya-qarsi-sanksiyalarin-vaxtini-uzatdi
Oxunma sayı: 921

Avropa İttifaqı Krım münaqişəsi ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyanın müddətini 6 ay daha uzadıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qərarın alınmasına səbəb kimi Rusiyanın problemin həlli istiqamətində addım atmaması göstərilib.

Bundan öncə sanksiyanın 31 yanvar 2018-ci ilə qədər davam edəcəyi bildirilmişdi. Yeni qərara əsasən bu müddət 31 iyula qədər uzadılıb.

Qeyd edək ki, Rusiya tərəfi sanksiyalara cavab olaraq Avropada meyvə və ət idxalına son qoymuşdu.