Avropa İttifaqı süni intellekt layihəsinə 1,5 milyard avro ayıracaq

avropa-ittifaqi-suni-intellekt-layihesine-15-milyard-avro-ayiracaq
Oxunma sayı: 1284

Avropa İttifaqı (Aİ) “Ar-Ge” adlı süni intellekt layihəsinə 2020-ci ilə qədər 1,5 milyard avro investisiya qoyacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu layihə ilə ittifaqa üzv ölkələrdə süni intellekt sahəsində rəqabətin gücləndirilməsi nəzərdə tutulub.

İnvestisiyalar daha çox elmi araşdırmalar, innovasiya və texnoloji inkişaf istiqamətlərinə yatırılacaq. Həmçinin, nəqliyyat və səhiyyə sektorunda da süni intellektdən istifadənin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, ABŞ-ın süni intellekt layihələrinə ayırdığı illik məbləğ isə 20 milyard dolları ötür.