Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

avropa-ittifaqi-suriya-ucun-ateskes-cagirisi-etdi
Oxunma sayı: 914

Avropa İttifaqı Suriyanın Şərqi Quta bölgəsində atəşkəs elan edilməsi üçün çağırış edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 28 ölkənin imzasının yer aldığı açıqlama Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən verilib.

Qeyd edilib ki, 30 günlük atəşkəs zamanı bölgədə humanitar yardımların edilməsi və vətəndaşların qorunması üçün tədbirlərin görülməsi nəzərdə tutulub:

“Vətəndaşlara humanitar yardımların məhdudiyyət olmadan çatdırılması əxlaqi bir məcburiyyətdir. Bütün tərəflər şiddətə son verərək daha çox insan itkisinin qarşısını almağa çalışmalıdır”.

Qeyd edək ki, Surioyada müxalifət qüvvələrinin nəzarətində olan Şərqi Qutanın 400 minə yaxın əhalisi var. Astana razılaşmasında həmin şəhər gərginliyi azaltma bölgəsi elan edilmişdi.