Avropa İttifaqı yeni nümayəndəsini təyin etdi

avropa-ittifaqi-yeni-numayendesini-teyin-etdi
Oxunma sayı: 641

Bu, fransalı diplomat Filipp Lefortdur. Onun mandatı bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək və 2012-ci ilin 30 iyun tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, Filipp Lefort 20 ildən çox təcrübəyə malik diplomatdır. O, 2004-cü ildən 2007-ci ilə qədər Fransanın Gürcüstanda səfiri vəzifəsini daşıyıb, 2007-ci ildən 2010-cu ilə qədər isə Fransanın Rusiyadakı diplomatik nümayəndəliyində sədr müavini olub.

Lefortun qarşısına hökumətlər, parlamentlər, digər hakimiyyət institutları və vətəndaş cəmiyyətləri ilə münasibətlərin inkişafı, təhlükəsizliyə hədələrə qarşı müqavimət göstərərək regional əməkdaşlığa yardım, terrorizmlə mübarizə, narkotiklərin qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə, münaqişələrin beynəlxalq hüquqi prinsiplərə uyğun olaraq sülh yolu ilə həlli kimi məsələlər qoyulub.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Gürcüstandakı böhran (2008-ci il avqust müharibəsindən sonra ) üzrə xüsusi nümayəndəsi isə Pyer Morel idi.
ANSPRESS