Avropa Komissiyasından ilk

avropa-komissiyasindan-ilk
Oxunma sayı: 1245

Avropa Komissiyası İtaliyanın 2019-cu il dövlət büdcəsi layihəsini qəbul etməyib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, büdcədə yer alan bir göstəricinin maliyyə kriteriyalarına uyğun gəlmədiyi bildirilib.

Layihəyə düzəlişlər edilməsi və 3 həftə ərzində yenidən təqdim edilməsi tapşırılıb.

Qeyd edək ki, bu hadisə Avropa Komissiyası tarixində bir ilkdir. Belə ki, daha öncə Avropa İttifaqı ölkələrinin heç birinin büdcə layihəsi geri göndərilməyib.