Avropa kubokunda Azərbaycan finalına doğru!

avropa-kubokunda-azerbaycan-finalina-dogru
Oxunma sayı: 629

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycanı turnirdə təmsil edən “Lokomotiv” və “Bakı” səfərdə inamlı qələbə qazanıb. “Dəmiryolçular” Belçikada “Gent”i, “Bakı” isə Almaniyada “Zulh”u 3:0 hesabı ilə darmadağın edib. Beləliklə, hər iki komanda finala vəsiqə qazanmaq şansını artırıb. Təmsilçilərimiz martın 18-də keçiriləcək cavab görüşündə də qalib gələrsə, “Çelenc Kap” turnirinin final görüşündə iki Azərbaycan klubu üz-üzə gələcək.

“Gent” (Belçika) – “Lokomotiv” (Azərbaycan) - 0:3 (25:27, 24:26, 21:25)

"Zulh" (Almaniya) – “Bakı” (Azərbaycan) - 0:3 (24:26, 19:25, 17:25)

Ceyhun Əhmədov