Avropa Liqası Bakıda keçiriləcək

avropa-liqasi-bakida-kecirilecek
Oxunma sayı: 1181

İyunun 22-dən 24-dək Bakıda Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri keçiriləcək. 

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. 

Millimiz Portuqaliya, Belarus və Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb.