Avropa Liqasında daha bir klub mərhələ adladı - Video

avropa-liqasinda-daha-bir-klub-merhele-adladi
Oxunma sayı: 1408

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyanın “Lokomotiv” klubu öz meydanında Fransanın “Nitsa” klubunu qəbul edib.

İlk matçda səfərdə rəqibi 3-2 məğlub edən “Lokomotiv”, cavab matçında 1-0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu 30-cu dəqiqədə İqor Denisov vurub.

“Lokomotiv” bu qələbə sayəsində 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, dünən Rusiyanın digər təmsilçisi MOİK də mərhələ adlamışdı.