Avropa Liqasında cütlüklər müəyyənləşir

avropa-liqasinda-cutlukler-mueyyenlesir
Oxunma sayı: 1229

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq. “Qafqazinfo” xəbər verir ki, püşkatmada Avroliqada qruplarda ilk iki yeri tutmuş komandalarla yanaşı, Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş klublar da iştirak edəcəklər.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Avropa Liqasının 1/16 final mərhələsinin oyunları gələn il fevralın 15-22-də keçiriləcək.

Səpələnmişlər: “Milan” (İtaliya), “Arsenal” (İngiltərə), “Atalanta” (İtaliya), “Atletik” (İspaniya), “Atletiko” (İspaniya), “Braqa” (Portuqaliya), ÇSKA (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Latsio” (İtaliya), “Leyptsiq” (Almaniya), “Lokomotiv” (Moskva, Rusiya), “Viktoriya” (Çexiya), “Zalsburq” (Avstriya), “Sportinq” (Portuqaliya), “Vilyarreal” (İspaniya), “Zenit” (Rusiya).

Səpələnməmişlər: AEK (Yunanıstan), “Astana” (Qazaxıstan), “Seltik” (Şotlandiya), “Srvena Zvezda” (Serbiya), “Borussiya” (Dortmund, Almaniya), “Styaua” (Rumıniya), “Kopenhagen” (Danimarka), “Ludoqorets” (Bolqarıstan), “Olimpik” (Lion, Fransa), “Olimpik” (Marsel, Fransa), “Napoli” (İtaliya), “Nitsa” (Fransa), “Ostersun” (İsveç), “Partizan” (Serbiya), “Real Sosyedad” (İspaniya), “Spartak (Moskva, Rusiya).