Avropa Liqasında həftənin ən yaxşısı bəlli oldu

avropa-liqasinda-heftenin-en-yaxsisi-belli-oldu
Oxunma sayı: 1152

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Cefferson Farfan bu həftənin ən yaxşı futbolçusu seçilib.

Perulu futbolçu qrup mərhələsinin 5-ci turu çərçivəsində “Kopenhagen”lə oyunda komandasının 2:1 hesablı qələbəsinə dubla imza atmaqla töhfə verib.

İkinci yeri “Milan”ın futbolçusu Andre Silva (26 faiz), 3-cü yeri isə Praqa “Slaviya”sının üzvü Yozef Huşbauer (14 faiz) tutub.