Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşdi

avropa-liqasinda-ilk-18-finalci-mueyyenlesdi
Oxunma sayı: 1263

Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, cavab oyununda İspaniya “Sevilya”sı öz meydanında İtaliyanın “Latsio”suna 2:0 hesabı ilə qalib gəlib. Hesabı matçın 20-ci dəqiqəsində Vissam Ben-Yedder açıb, 78-ci dəqiqədə isə Pablo Sarabiya fərqlənib. 

Oyunun 60-cı dəqiqəsində “Sevilya”nın yarımmüdafiəçisi Franko Vaskes ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. 71-ci dəqiqədə isə “Latsio”nun yarımmüdafiəçisi Adam Maruşiç kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılıb. 

Xatırladaq ki, İtaliyada baş tutan ilk görüşdən “Sevilya” 1:0 hesabı ilə qalib ayrılmışdı.