Avropa Liqasında yarımfinal - Yenilənir

Avropa Liqasında yarımfinal
Oxunma sayı: 55

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə “Ayaks” Amsterdamda “Lion”y qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20.45-də başlayacaq.

Növbəti görüş isə mayın 4-ü İspaniyada olacaq.  “Selta” doğma meydanda “Mançester Yunayted”i sınağa çəkəcək.

3 may

“Ayaks” (Hollandiya) - “Lion” (Fransa)

4 may

“Selta” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri mayın 11-də keçiriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi