Avropa Liqasında yarımfinalçılar məlum oldu - Gecənin nəticələri + Video

avropa-liqasinda-yarimfinalcilar-melum-oldu
Oxunma sayı: 5587

Avropa Liqasında ¼ final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, keçirilən 4 matçın yekununda “Arsenal”, “Marsel”, “Salzburq” və “Atletiko” yarımfinala yüksəlib.

Gecənin ən dramatik matçı Avstriyada baş tutub. İlk matçda “Latsio”ya 2-4 hesabı ilə məğlub olan “Salzburq” cavab matçında 4-1 hesablı qələbə qazanıb.

Nəticələri təqdim edirik:

MOİK (Rusiya) – “Arsenal” (İngiltərə) - 2:2

Qollar: Çalov, 39, Nababkin, 50 - Uelbek, 75, Ramsi, 90+2

İlk oyun – 1:4

“Zalsburq” (Avstriya) – “Latsio” (İtaliya) - 4:1

Qollar: Dabbur, 56, Haydara, 72, Hvanq Hi Çan, 74, Leyner, 76 - İmmobile, 55

İlk oyun – 2:4

“Sportinq” (Portuqaliya) – “Atletiko” (İspaniya) - 1:0

Qol: Montero, 28

İlk oyun – 0:2

“Marsel” (Fransa) – “Leyptsiq” (Almaniya) - 5:2

Qollar: İlsanker, 6 (avtoqol), Sarr, 9, Tauvin, 38, Payet, 60, Sakai, 90+4 - Bruma, 2, Auqustin, 55

İlk oyun – 0:1