Avropa Liqasının 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

avropa-liqasinin-18-final-merhelesinin-butun-istirakcilari-mueyyenlesib
Oxunma sayı: 1865

Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin növbəti görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərhələnin cavab oyunları çərçivəsində 15 görüş oynanılıb. Günün maraqlı qarşılaşmalarından biri Londonda keçirilib. İsveçin “Ostersund” klubu səfərdə “Arsenal”ı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Məğlubiyyətə baxmayaraq, Arsen Vengerin komandası 1/8 finala yüksəlib. İtaliyanın “Atalanta” komandası isə doğma meydanda “Borussiya” ilə bacarmayıb – 1:1. “Vilyarreal” (İspaniya) klubu isə Fransanın “Lion” komandasına məğlub olub – 0:1.

Gün ərzində keçirilən digər qarşılaşmalar isə aşağıdakı kimi yekunlaşıb:

“Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) – 3:3, ilk oyunun nəticəsi – 3:1

 

“Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) –1:0, 0:3

 

“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) –1:0, 3:2

 

“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) –2:1, 2:2

 

“Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) –1:2, 3:1

 

“Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) – 0:0, 1:1

 

“Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) – 3:0, 0:1

 

“Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 1:0, 4:1

 

“Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) – 5:1, 0:1

 

“Leypziq” (Almaniya) – “Napoli” (İtaliya) –0:2, 3:1

 

“Viktoriya” (Çexiya) – “Partizan" (Serbiya) – 2:0, 1:1

 

Beləliklə, “Arsenal”, “Milan”, “Marsel”, “Borussiya”, “Lion”, MOİK, “Lokomotiv”, “Zaltsburq”, “Atletik”, “Atletiko”, “Dinamo”, “Zenit”, “Latsio”, “Sportinq”, “Leypziq” və “Viktoriya” klubları 1/8 finala yüksəlib.