Avropa Liqasının loqosu və himni dəyişdi - Fotolar + Video

avropa-liqasinin-loqosu-ve-himni-deyisdi
Oxunma sayı: 2996

UEFA Avropa Liqasının simvollarında bəzi dəyişikliklər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Turnirin loqosunun əsas elementləri və rəngləri olduğu kimi saxlanılsa da, bəzi yeniliklər edilib.

Bundan başqa, turnir üçün yeni himn də yazılıb. Həmçinin, Avroliqanın yeni topu da təqdim olunub.

Xatırladaq ki, əvvəllər UEFA Kuboku adlanan turnir 1971-ci ildən keçirilir. 2009-cu ildə yarışın adı dəyişdirilərək Avropa Liqası adlandırılıb.