Avropa Liqasının qalibi müəyyənləşir

avropa-liqasinin-qalibi-mueyyenlesir
Oxunma sayı: 1643

Bu gün Avropa Liqasının finalı keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, Fransada “Stad de Lion”da keçiriləcək həlledici oyunda “Marsel” (Fransa) və “Atletiko” (İspaniya) klubları üz-üzə gələcəklər.

"Marsel" Avropada sonuncu titulunu 1993-cü ildə qazananıb.

Bu günə kimi iki dəfə Avropa Liqasının qalibi olmuş Dieqo Simeonenin yetirmələri isə 3-cü dəfə kuboka yiyələnmək arzusundadır.

Avropa Liqası, final

16 may

22:45 "Marsel" (Fransa) - "Atletiko" Madrid (İspaniya) 

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Lion. “Stad de Lion”