“Avropa məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ yoxdur”

avropa-mehkemesinin-gundeminde-azerbaycanla-bagli-her-hansi-ciddi-mesele-yoxdur
Oxunma sayı: 651

"Hazırda Avropa məhkəməsinin gündəmində Azərbaycanla bağlı hər hansı ciddi məsələ  yoxdur".

"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov deyib. 

Ç.Əsgərov xatırladıb ki, Çıraqovlarla bağlı qərar artıq qəbul edilib və Nazirlər komitəsinin iclasında bir dəfə baxılıb: "Növbəti dəfə bu ilin dekabr ayında bu məsələyə baxılacaq. Gözləyirik ki, Ermənistan hökuməti qərarın icrası ilə bağlı görülən tədbirlər barədə məlumat təqdim etsin və biz onu müzakirə edək. Hələlik hər hansı məlumat yoxdur. Məlum olan odur ki, Ermənistan qərarın icrasından imtina edir". 

Həmçinin qeyd edim ki, Ermənistanda saxlanılan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı şikayət Avropa məhkəməsinə göndərilib və Azərbaycan hökuməti də bu prosesdə iştirak edir. Artıq bütün kommunikasiya mərhələsi yekunlaşıb. Bu il ərzində  Avropa Məhkəməsinin öz mövqeyini bildirməsini gözləyirik. Bununla yanaşı, Avropa Şurasında Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı tədbirlər keçirilib və bu həftə AŞPA-da nümayəndə heyətimiz tərəfindən  Azərbaycanın bu məsələdəki mövqeyi deputatların nəzərinə çatdırılacaq" .

Günel Türksoy