Avropa Mərkəzi Bankının qərarından sonra avro bahalaşdı

Avropa Mərkəzi Bankının qərarından sonra avro bahalaşdı
Oxunma sayı: 1567

Avropa Mərkəzi Bankı mart ayı toplantısında faiz dərəcələrində və aktiv alışı proqramında gözlənildiyi kimi dəyişikliyə getmədi.

“Qafqazinfo” “Marja.az”a istinadən xəbər verir ki, bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb.

İclasda sentyabra qədər aylıq 30 milyard avroluq qiymətli kağızların alınması da qərara alınıb. Bundan sonra avro 0,2 faiz bahalaşaraq 1,2422 səviyyəsinə çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi