Avropa ölkələri Azərbaycan təcrübəsini öyrənir

avropa-olkeleri-azerbaycan-tecrubesini-oyrenir
Oxunma sayı: 641

Şuranın mətbuat ximətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir. Konfransda “Azərbaycanda QHT-hökumət əməkdaşlığı” mövzusunda təqdimatla çıxış edən Quliyev Azərbaycanda QHT sektorunun inkişaf dinamikası, QHT-hökumət münasibətlərinin yeni mərhələsi, QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri, QHT qanunvericiliyi, QHT-lərin dövlət proqramlarında iştirakı, QHT-lərin maliyyələşdirilməsi mexanizmləri və qaydaları, layihələrin qiymətləndirmə prosedurları haqqında geniş məlumat verib.

Tədbirdə Monteneqro, Ukrayna, Gürcüstan və Bolqarıstan təmsilçiləri Quliyevə müraciət edərək, Azərbaycan təcrübəsinin yaxından öyrənilməsi və gələcək əməkdaşlıq əlaqələrinin yaradılması üçün ölkəmizə səfər etmək istədiklərini bildiriblər. Şura sədri bu təkliflərə müsbət cavab verərək, qarşılıqlı səfərlərin vaxtının müəyyənləşdiriləcəyini bildirib.

Nərgiz Ehlamqızı