Avropa Parlamenti YAP-da

avropa-parlamenti-yap-da
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Ferreira Fernandes Xose Manuel Azərbaycanın geopolitik və strateji baxımdan Avropa İttifaqı üçün çox vacib ölkə olduğunu bildirib.

Azərbaycanda ən ağrılı problemin qaçqın və məcburi köçkünlərlə bağlı olduğunu etiraf edən Avropa Parlamentinin Fransadan olan deputat Franko Qaston Avropa İttifaqının bu istiqamətdə Azərbaycana yardımların olacağını, təmsil etdiyi qurumun Azərbaycanla enerji sahəsində mövcud əməkdaşlığın daha dərinləşdirilməsində maraqlı olduğunu qeyd edib.

YAP-ın sədr müavini Əli Əhmədov isə bildirib ki, cəmiyyəti üçün həlli vacib olan məsələlərdən ən önəmlisinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir: “Azərbaycan xalqı bu məsələdə beynəlxalq ictimaiyyətdən və təşkilatlardan da ədalətli mövqe gözləyir. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, eyni zamanda, Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının hər iki tərəfin marağı çərçivəsində daha da güclənməsinə təkan olacaq”.

YAP İcra katibinin müavini Mübariz Qurbanlının da iştirak etdiyi görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Fatimə Kərimli