Avropa Parlamentində erməni təxribatının qarşısı alınıb

avropa-parlamentinde-ermeni-texribatinin-qarsisi-alinib
Oxunma sayı: 1135

18-19 oktyabrda Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.

İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim “nümayəndələri”nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.