Avropa Parlamentindən Rafiq Tağı ilə bağlı bəyanat

avropa-parlamentinden-rafiq-tagi-ile-bagli-beyanat
Oxunma sayı: 653

Sənəddə deyilir ki, Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Azərbaycan hökumətinin Rafiq Tağının qətlini aydın şəkildə pisləməməsindən, ictimaiyyətin istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməməsindən məyus olub.

Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.