Avropa Parlamentindən Zukerberqə növbəti çağırış

avropa-parlamentinden-zukerberqe-novbeti-cagiris
Oxunma sayı: 896

Feysbukda 80 milyon nəfərin məlumatlarının “Cambridge Analytica” şirkəti tərəfindən siyasi məqsədlər üçün istifadə edilməsinin üzə çıxmasından sonra Avropa Parlamenti də sərt açıqlamalar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, AP-nin Strasburqda keçirilən ümumi yığıncağında məsələ ilə bağlı plenar iclas keçirilib.

Qurumun prezidenti Antonio Tacani Feysbuk şirkətinin rəhbərini həmin skandala görə Avropa vətəndaşlarına hesabat verməyə növbəti dəfə çağırıb. O qeyd edib ki, Feysbuk Avropa İttifaqına üzv olan İrlandiyada qeydiyyatdadır və buna görə Aİ-nin qanunlarına riayət etməlidir.

Qeyd edək ki, M.Zukerberq 1 həftə öncə ABŞ Konqresində dinləmələrdə iştirak etmiş və senatorların suallarını cavablandırmışdı. O, məlum hadisəyə görə üzr istəmişdi.