Avropa Parlamentinə seçkilər keçirilir

avropa-parlamentine-seckiler-kecirilir
Oxunma sayı: 953

Bu gün Avropa Parlamentinə seçkilər keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün 21 üzv ölkə sandıq başına keçəcək. Səsvermə səhər saat 08:00-da başlayıb, 16:00-da bitəcək. Qeyri-rəsmi nəticələr bu axşam açıqlanacaq.

Qeyd edək ki, İngiltərə və Hollandiya mayın 23-də, Çexiya və İrlandiya mayın 24-də, Slovakiya, Malta və Latviya mayın 25-də səsverməyə gedib. Bu gün səs verən ölkələr Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Şimali Kipr Rum Hökuməti, Litva, Lüksemburq, Macarıstan, Polşa, Portuqaliya, Rumıniya, Sloveniya və Yunanıstandır.