Avropa Şurası Braziliya ətinə qadağa qoydu

avropa-surasi-braziliya-etine-qadaga-qoydu
Oxunma sayı: 1286

Avropa Şurası Braziliyadakı ət və toyuq istehsal edən 20 şirkətin Avropa İttifaqı (Aİ) ölkələrinə ixracat etməsinə qadağa qoyub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ətlərin yoxlanılmasında nəzarət mexanizminin kifayət etmədiyi və həmin ətlərin tərkibinin sağlamlıq üçün təhlükəli olduğu açıqlanıb.

Qadağanın mayın əvvəlində qüvvəyə minəcəyi bildirilib.

Qərara etiraz edən Braziliya kənd təsərrüfatı naziri Blairo Maqqi Dünya Ticarət Təşkilatına müraciət edəcəklərini deyib.