Avropa Şurası Zaqatalada tədbir keçirəcək

avropa-surasi-zaqatalada-tedbir-kecirecek
Oxunma sayı: 663

Dörd gün davam edəcək tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, layihədə Azərbaycan tərəfindən təmsil olunan on rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssisləri, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulub. Layihənin həyata keçirilməsində məqsəd, ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunun inkişafıdır.

Qeyd edək ki, Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycanla yanaşı, Ukrayna, Moldova və Gürcüstan iştirak edir.

Nigar Məmmədli