Avropa Şurasından Türkiyə etirafı

avropa-surasindan-turkiye-etirafi
Oxunma sayı: 2209

Avropa Şurasının baş katibi Tyorbörn Yaqland Avropanın Türkiyəyə ehtiyacı olduğunu bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Yaqland Avropanın məruz qaldığı “sərt küləyə” qarşı birlikdə mübarizə aparmağın vacibliyini qeyd edib:

“Türkiyənin qarşılaşdığı terror probleminin çox yaxşı başa düşürəm. Qitəmizdəki insanların mənafeyini qorumaq üçün ittifaq və ortaq mövqeyə ehtiyacımız var. Bunu Türkiyə olmadan edə bilmərik. Avropanın Türkiyəyə, Türkiyənin də Avropaya ehtiyacı var. Birlikdə dik durmalıyıq”.