Avropa Şurasının Baş katibindən Əliyevə məktub

avropa-surasinin-bas-katibinden-eliyeve-mektub
Oxunma sayı: 1387

Avropa Şurasının baş katibi Torbyorn Yaqland prezident İlham Əliyevi seçkilərdə əldə etdiyi qələbə münasibəti ilə təbrik edib. 

"Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Fürsətdən istifadə edərək sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində sizinlə sıx işləmək niyyətindəyəm".