Avropada ən bahalı gənc futbolçular açıqlandı - Siyahıda 4 türk də var

Avropada ən bahalı gənc futbolçular açıqlandı
Oxunma sayı: 1914

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın “TOP 5” liqasında forma geyinən ən bahalı gənc futbolçuların siyahısını hazırlayıb.

“Qafqazinfo” Offsideplus-a istinadən xəbər verir ki, 100 futbolçunun daxil edildiyi siyahıda 4 türk futbolçu da var.

Siyahıda ilk 10-da yer alan futbolçular bunlardır:

10. Davinson Sançes (21 yaş, “Tottenhem” - 66,3 milyon avro)

9. Pulişiç (19 yaş, “Borussiya Dortmund” - 75,2 milyon avro)

8. Entoni Marsial (22 yaş, “Mançester Yunayted” -  85,6 milyon avro)

7. Timo Verner: (22 yaş, “Leyptsiq” - 92,5 milyon avro)

6. Qabriel Yezuş (20 yaş, “Mançester Siti” - 108,4 milyon avro)

5. Markus Reşford (20 yaş, “Mançester Yunayted” - 116,7 milyon avro)

4. Usman Dembele (20 yaş, “Barselona” - 120,4 milyon avro)

3. Leroy Sane (22 yaş, “Mançester Siti” – 124,5 milyon avro)

2. Dele Alli (21 yaş, “Tottenhem” – 180,2 milyon avro)

1. Kilian Mbappe (19 yaş, PSJ – 182,8 milyon avro).

Ən bahalı gənc türk futbolçular:

48. Cengiz Ünder (20 yaş, “Roma” – 21,3 milyon avro)

61. Enes Ünal (20 yaş, “Vilyareal” – 18,6 milyon avro)

88. Levin Öztunalı (21 yaş, “Maynts” – 11,6 milyon avro)

96. Əmrə Mor (20 yaş, “Selta” – 10,9 milyon avro).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi