Avropada “Porsche” satışı dayanır - Gözlənilməz qərar

avropada-porsche-satisi-dayanir
Oxunma sayı: 2639

Almaniyanın və dünyanın məşhur avtomobil istehsalçısı “Porsche” şirkəti Avropaya yeni modellərin satışını dayandırıb.

“Qafqazinfo” İnterfaks-a istinadən xəbər verir ki, buna səbəb şirkətin yeni yüksək standartlara keçməsi və bu istiqamətdə sınaqlar aparmasıdır.

Məlumata görə, bu qərar sentyabrdan etibarən qüvvəyə minəcək və sadəcə bir neçə modelə şamil ediləcək. Belə ki, yeni model “Porsche Cayenne” və ya “Porsche Panamera” almaq istəyənlər 2019-cu ilə qədər gözləməli olacaqlar.

Qeyd edək ki, “Porsche” şirkəti 2017-ci ildə dünya üzrə 246 min avtomobil satışı həyata keçirərək rekorda imza atıb. Bunun 80,3 mini isə Avropanın payına düşüb.