Avropada yay saatına keçid ləğv edilir?

avropada-yay-saatina-kecid-legv-edilir
Oxunma sayı: 1456

Avropa İttifaqı ölkələrində yay vaxtına keçidin ləğv edilməsinin nəzərdə tutan qanun layihəsi Avropa Parlamentində səsverməyə çıxarılıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, qanun layihəsi Strasburqda keçirilən iclasda 384 lehinə səslə qəbul edilib.

Bundan başqa, 153 nəfər əleyhinə, 12 nəfər isə bitərəf səs verib.

Qanun layihəsində qeyd edilib ki, saatların ildə iki dəfə çəkilməsi insan sağlamlığı və vərdişləri üçün əks-təsirlər göstərir. 2001-ci ildən etibarən qüvvədə olan Avropa İttifaqı ölkələrində saatların çəkilməsi məsələsi araşdırılacaq.

Parlamentin qəbul etdiyi qərar daha sonra Avropa Komissiyası tərəfindən gözdən keçiriləcək. Müsbət nəticə əldə edilərsə yay vaxtına keçid ləğv ediləcək.